Azərbaycanı "Avroviziya-2023" mahnı müsabiqəsində "Tell me more" mahnısıyla təmsil edəcək Tural və Turan Bağmanov qardaşları səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.