Füzuli rayonunun Dilağarda kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə, 1 otağının tavanı və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.