İstanbulda Rusiyanın "Zenit" və Türkiyənin "Fənərbaxça" klubları arasında keçirilən xeyriyyə futbol matçında azarkeşlər arasında əlbəyaxa dava olub.
"Unikal" xəbər verir ki, bu barədə martın 23-də "Sport-Express" məlumat yayıb.
Məlumata görə, qonaqlar "Rusiya" şüarını səsləndirməyə başlayıblar. Bu, ev azarkeşlərinin aqressiv reaksiyasına səbəb olub. Münaqişə iştirakçıları polis tərəfindən tezliklə ayrılıb.
Rusiyalı azarkeşlər daha sonra başqa bölməyə köçürülüb.
Oyun 2:2 hesabı ilə başa çatıb.
Ağarza Elçinoğlu