Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında yeddi nəfər ölüb.