Türkiyəli aktyor Cihan Şimşək evlənir.

"Unikal" xəbər verir ki, bu barədə aktyor özü məlumat yayıb. O, sevgilisi Sinemlə iyunun 23-də nikah masasına əyləşməyə hazırlaşır. 

Qeyd edək ki, cütlük 11 ildir eşq yaşayır.

31 yaşlı Cihan hazırda "Kardeşlerim" serialında "Oğulcan" obrazına həyat verir.