Türkiyəli aktyor İlhan Şən "Selahaddin Eyyubi" serialından ayrılıq qərarı alıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin çəkiliş vaxtının əvvəl Yeni ilə, ardınca isə yay aylarına dəyişməsi və daha sonra yayımın dijitaldan platformaya yönləndirilməsi aktyorun layihədən ayrılıq qərarı almasına səbəb olub.

İ.Şən "Aşk Filmi" adlı filmdə rol aldıqdan sonra yeni təklifləri dəyərləndirəcək.