Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.
"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, Twitter-də yazıb.
Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.