“Tottenhem” klubu baş məşqçisi Antonio Konteni istefaya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə İPL təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
London klubunu bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.
Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda bütövlükdə 76 oyun keçirib, 41 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət ilə yadda qalıb.