Rusiyanın Vorkuta şəhərinin meri Yaroslav Şapoşnikov Ukraynadakı müharibəyə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə mer özü açıqlayıb.
Şapoşnikovun sözlərinə görə, 5 həmkarı da onunla birgə müharbəyə yollanacaq.
"Artıq Müdafiə Nazirliyinin hərbçisi kimi hərbçilərə birbaşa dəstək olmaq və xüsusi hərbi əməliyyatda iştirak etmək vaxtı çatıb. Beş həmkarım mənimlə Vorkutadan yola düşəcək", - deyə o, qeyd edib.
Ağarza Elçinoğlu