Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiyanın Belqorod vilayətində Qazenerqoseti qaz nasos stansiyasına düşüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində qaz kəmərinə ziyan dəyib. 

Dronun qalıqları Yeni Moskvada dəmiryol relslərindən bir qədər aralıda tapılıb . PUA Ukrayna bayrağının rənglərində olub. 

Məlumata görə, xəsarət alan almayıb.

Ağarza Elçinoğlu