Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın Su-24M bombardmançı təyyarəsini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti məlumat yayıb. 

"2023-cü il martın 29-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Rusiyanın Su-24M bombardmançı təyyarəsini məhv edib. Hadisə Baxmut istiqamətində baş verib", - məlumatda deyilir.

Gülayə Mecid