İsrailin baş naziri Binyamin Netanyahu, ölkəsindəki mübahisəli məhkəmə tənzimləməsini tənqid edən ABŞ prezidenti Co Baydenə cavab verib.
"Unikal" xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
Belə ki, Netanyahu İsrailin suveren ölkə olduğunu vurğulayaraq, “Baydeni 40 ildən çox tanıdığını və onun İsrailə bağlılığını yüksək qiymətləndirdiyini” ifadə edib.
"İsrail suveren ölkədir və qərarlarını ən yaxın dostları da daxil olmaqla kənar təzyiqlərə deyil, öz xalqının iradəsinə əsasən verir”.
ABŞ prezidenti Bayden İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan mübahisəli məhkəmə tənzimləməsindən narahatlığını ifadə edib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Bayden, İsrailin çətin bir prosesdən keçdiyi və bununla məşğul olmaq məcburiyyətində olduqları fikrini paylaşaraq, Netanyahunun sözügedən məhkəmə tənzimləməsindən əl çəkəcəyinə ümid etdiyini bildirib.
Gülayə Mecid