Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin "Amor Mia" ifasını tənqid edənlərə cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib:
"Danışıb, dayandınız? Sözüm sosial şəbəkələrdə haqqımızda yazanlaradır: İt hürər, karvan keçər. Bunun nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracağam" deyə, Təranə paylaşımında yazıb.
İfaçı daha sonra paylaşımına yazılan şərhləri bağlayıb.