"İranla Azərbaycan arasında münasibətlərdəki gərginlik müvəqqəti xarakter daşıyır və tezliklə aradan qaldırılacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz ümid edirik ki, Bakı və Tehran arasında münasibətlərdə mövcud gərginlik müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq", - Rusiya diplomatiyasının rəhbəri deyib.
Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması Rusiya, İran və Azərbaycanın iştirakı ilə, o cümlədən “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində mühüm layihələrin həyata keçirilməsi” kontekstində üçtərəfli əməkdaşlığın təşviqinə kömək edəcək. “Biz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - deyə Lavrov yekunlaşdırıb.