"Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər bir məsciddə işləyən ruhani süni-şiə söhbəti ortaya atsa, heç vaxt onları öz sıralarımızda görməyəcəyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
QMİ sədrinin müavini bildirib ki, bu məsələdə dövlət də onlara dəstək olur: “Dövlət istər məscidlərin inşası, istərsə də bərpası işində daim öz dəstəyini göstərir”.
O qeyd edib ki, bu gün də xaricdə dini təhsil alan vətəndaşlarımız var: “Əgər bünövrə sağlam qorunsa, nəticəsi də yaxşı olar. Biz bu gün dövlət-din münasibətlərində sağlam vəhdəti qoruya bilsək, sağlam əqidəmiz olar. Qafqaz Müsəlmanları İdarəsi hər zaman məzhəblərin vəhdətlərinə xüsusi önəm verilir”.
Anar Kəlbiyev