Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində digər məsələlərlə yanaşı, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Məlumata görə, danışıqlar zamanı geniş spektrli məsələlərdən bəhs ediləcək:"İlk növbədə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, enerji, turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır. Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukrayna, Suriya və Qarabağ nizamlanması ətrafında mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılacaq.

***16:21

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Lavrovun Türkiyəyə səfərinin aprelin 6-7-də baş tutacağını deyib.

Ağarza Elçinoğlu