Rusiya, Ermənistan və Azərbaycan nümayəndələri arasında Laçın dəhlizi ərazisində sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı heç bir müzakirə aparılmayıb.
"Unikal" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfinə “Zəngəzur dəhlizi”nin hər iki başında, eləcə də Laçın dəhlizinin sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif etdiyini bildirib.