Fransanın “Paris Saint-Germain” futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar onlayn kazinoda 1 milyon avro uduzub.

"Unikal" xəbər verir ki, "Twitch"də saatlarla kompüter oyunları oynayan 31 yaşlı futbolçu qumara olan həvəsini açıqlayıb.

Canlı yayımda onlayn kazino oynadığını bildirən Neymar dəqiqələr ərzində 1 milyon avro pul itirib. İtirdiyi puldan sonra ağlayaraq əsəbiləşən Neymar daha sonra gülməyə başlayıb.

 Onun bu hərəkəti sosial şəbəkədə gündəm olub.