Müğənni Aynur Dadaşova keçmiş həyat yoldaşına olan sevgisindən danışıb.
"Unikal" xəbər verir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində danışıb. O bildirib ki, keçmiş həyat yoldaşının bütün istəklərini edib:
"Düzgün sevən insanın sevgisi olmur. Əgər insan təmiz sevirsə, ikinci sevgi çətindir. Həyatdır, sevgi də var-dövlət, Allahın verdiyi nemətdir. Bir dəfə sevdim, uşaqlarımın atasını. Desəydi, Aynur öl, ölərdim".
Qeyd edək ki, Aynur həyat yoldaşından xəyanətə görə ayrıldığını açıqlayıb. Onun bu nikahdan bir qız, bir oğul övladı var.