"Qanunla deputatlar silah gəzdirə bilər. Amma buna ehtiyac yoxdur".
Bunu "Unikal"a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
O bildirib ki, 90-cı illərin əvvəllərində ölkəmizdə anarxiyanın, xaosun hökm sürdüyü vaxt parlament üzvlərinin əksəriyyəti silahla gəzirdi:
"O vaxtlar rayonda icra başçısı kimi mən də tabel silahı ilə təchiz olunmuşdum. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dayanıqlı sabitlik yaradıldı və indiyə qədər davam etməkdədir. Müəyyən epizodik istisnalar ola bilər ki, onların da qarşısını kifayət qədər peşəkarlaşmış hüquq-mühafizə orqanlarımız vaxtında alır. Son hadisədən sonra deputatların silah verilməsi ilə bağlı müraciət edəcəklərini düşünmürəm. Bununla yanaşı hesab edirəm ki, bəzi xarici kəşfiyyat orqanlarının hədəfində olan şəxslərin təhlükəsizliyinə diqqət artırılmalıdır. Amma kütləvi müraciət üçün heç bir zərurət görmürəm".
Anar Kəlbiyev