Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən müəyyənləşdirilən yeni sanksiyaları təsdiqləyib.

"Unikal" xəbər verir ki, sanksiya siyahısına düşənlər sırasında İran təşkilatı və vətəndaşları da var.

Belə ki, bu sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəminat Cihad Təşkilatına və səkkiz nəfər İran vətəndaşına aiddir.