Norveçin şimalında qar uçqunları ikisi əcnəbi olmaqla dörd nəfərin həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Norveç hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunur ki, ölən əcnəbilər təxminən 40 yaşlı Sloveniya vətəndaşı və 30 yaşlı İtaliya vətəndaşıdır.

Hazırda xilasetmə qrupları həlak olan şəxslərin cəsədlərinin axtarışını həyata keçirir.

Xilasetmə əməliyyatına helikopterlər cəlb olunub.