Xarici KİV nümayəndələri Laçın - Xankəndi yolunda aksiyanı izləyib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Şuşada səfərdə olan media nümayəndələri - britaniyalı müxbir Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını izləyib.
Jurnalistlərə etiraz aksiyası barədə məlumat verilib.
Bildirilib ki, yol humanitar məqsədlər üçün açıqdır. Xarici jurnalistlər aksiya keçirilən ərazidə olduğu zaman RSK-ya məxsus avtomobilin maneəsiz keçidini izləyiblər.