"Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq TOGG avtomobili artıq yola salınıb".

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TOGG avtomobilinin ilk nümunələrinin təqdimatı mərasimində deyib.

Türkiyə lideri elektromobilin Prezident İlham Əliyevə sabah təqdim olunacağını bildirib. Onun sözlərinə görə, avtomobilin rəngi “Anadolu” olacaq.
Qeyd edək ki, Türkiyə Prezidentinə təqdim edilən TOGG avtomobili də eyni rəngdədir.

19:02

Türkiyənin yerli və milli avtomobili "TOGG" sabah Prezident İlham Əliyevə təqdim ediləcək.

“Unikal” xəbər verir ki, “TOGG”u alan ikinci şəxs Azərbaycan Prezidenti olacaq.

Məlumatda qeyd olunub ki, avtomobil İlham Əliyevə sabah Bakıda keçiriləcək mərasimlə təqdim ediləcək.

Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.

Qeyd edək ki, "TOGG" u ilk alan şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.