Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd aparılmayıb.
Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Vurulan vaksinlərin ümumi sayı 13 955 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 483, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 065, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 075, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 965 nəfər təşkil edir.