Əfsanəvi aktyor və rejissor Klint İstvud karyerasını bitirməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, 92 yaşlı sənətçinin hazırda üzərində çalışdığı "2 nömrəli münsiflər heyəti" adlı filmi onun sonuncu və 40-cı işi olacaq.
Ekran işinin çəkilişlərinə bu il start veriləcək.
Qeyd edək ki, 1971-ci ildən rejissorluq edən Klint İstvud birinci "Oskar" mükafatını "Bağışlanmayan" filminə görə alıb.