Xalq artisti Mehriban Zəki avtomobil qəzasından sonra ilk dəfə sosial media hesabından paylaşım edib. 

"Unikal" xəbər verir ki, aktrisa "İnstagram"  hesabında fotosunu paylaşaraq, "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən", - sözlərini yazıb. 

Qeyd edək ki, martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə xəsarət alıb.