Sosial şəbəkələrdə metroda qadınlar arasında baş verən davaya dair video yayımlanıb.
"Unikal" xəbər verir ki, görüntülərin Bakı metrosunda lentə alındığı iddia olunub. DİN Mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev isə bildirib ki, həmin görüntlərin Bakı metrosu ilə əlaqəsi yoxdur:
"Bu görüntülər Bakı metropolitenində qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib", - deyə DİN rəsmisi qeyd edib.