Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 98 mina aşkarlayıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 74 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 622 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.