SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Ucar rayonunda baş tutub.
"Unikal" xəbər verir ki, birliyin məsul şəxsləri aksiyaya üz tutan sakinlərin qaz təsərrüfatına dair problemlərini dinləyiblər. Vətəndaşlar üzləşdikləri çətinliklərdən söz açaraq onlara köməklik edilməsini xahiş ediblər. Ünvanlanan hər bir müraciət araşdırılması üçün qeydiyyata alınıb.