Hunan əyalətinin Leiyang şəhərində bir nəfər ictimai yerdə insanlara bıçaqla hücum edib, nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Çin mətbuatı yazır.
Bildirilir ki, naməlum şəxs ibtidai məktəblərindən birinin girişində bıçaqla insanlara hücum edib.
Bütün zərərçəkənlər xəstəxanaya aparılıb. Polis hücum edən şəxsi saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.