Yevlax rayonunda 37 yaşlı kişi qətlə yetirilib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib.

Belə ki, Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.