Yəmən sahillərində miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisədə nəticəsində dənizə düşən xilasedicilər 32 nəfəri xilas edib.

***09:19

Yəmənin cənubunda Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 68 nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)  məlumat yayıb.

Bildirilir ki, çox sayda efiopiyalı miqrantın iştirak etdiyi qəzada onlarla insan itkin düşüb.