Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
"Unikal"ın məlumatına görə, Məcnun Məmmədov buna qədər “PASHA Holding”in tərkibindəki “Grand-Agro” MMC-nin direktoru olub.
O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
Qeyd edək ki, Məcnun Məmmədov müxtəlif özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Murad İbrahimli