"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "ATV səhər"ə açıqlamasında deyib. Aktrisa Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:
"Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər".