BMT-nin baş katibi Antonio Quterreş Sudanda nizami ordu ilə çevik cavab qüvvələri arasında döyüşlərin başlamasını pisləyib.

"Unikal" xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

"Mən Sudanda Çevik Hücum Qüvvələri ilə Silahlı Qüvvələr arasında hərbi əməliyyatların başlamasını pisləyirəm. Afrika İttifaqı və region liderləri ilə əməkdaşlıq edirəm və BMT-nin Sudan xalqını dəstəkləmək öhdəliyini təsdiqləyirəm", - Quterreş qeyd edib.

Qeyd edək ki, aprelin 15-də Sudan ordusu ilə Çevik Hücum Qüvvələri (RSF) arasında bir neçə gün davam edən gərginlikdən sonra Xartumda partlayışlar və atışma səsləri eşidilib. Mübahisə ölkənin mülki idarəçiliyə keçməsi təklifi ətrafında cərəyan edir.