İsrail dövlətinin Turizm nazirinin müşaviri Yulia Rachinsky - Spivakov və adıçəkilən ölkədə fəaliyyət göstərən “İSR” hotellər şəbəkəsinin nümayəndəsi Ester Kricheli Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olublar.
"Unikal" xəbər verir ki, rektor İlham Mədətov israilli qonaqları ATMU-da salamlamaqdan məmnun olduğunu bildirib və söhbət əsnasında universitetdə tədris prosesinin təşkili və beynəlxalq əlaqələrin inkişafı dinamikasına aydınlıq gətirib. ATMU və İsrailin nüfuzlu turizm müəssisələri ilə əlaqələrin səmərəli olduğunu deyən rektor bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsini şərtləndirən məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, 2010 cu ildən etibarən ATMU- nun turizm ixtisası üzrə təhsil alan tələbələri peşəkar vərdişlərə yiyələnməkdən ötrü İsrail dövlətində istehsalat təcrübəsi keçirlər.
Qeyd edək ki,görüş zamanı mümkün əməkdaşlıq imkanlarının qarşıdakı illərdə də genişləndirilməsi məsələsi diqqətdə saxlanılıb.