Nepal prezidenti Ram Çandra Poudel ağciyər infeksiyasının müalicəsi üçün Hindistanın paytaxtı Yeni Dehliyə göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Nepal Prezident Aparatının rəsmisi Hindistanın Asia News International (ANI) xəbər agentliyinə danışıb.
Rəsmi ölkə rəhbərinin təyyarə ilə Yeni Dehliyə aparıldığını təsdiqləyib.
Təngnəfəslik və huşunu itirmə şikayətləri ilə Nepalda dövlət xəstəxanasına aparılan Poudelin oradakı müalicələrinə heç bir reaksiya verilmədiyi üçün Hindistana köçürülməsinə qərar verilib.
Poudel martın 13-də Bundestaq və ştatın qanunverici orqanlarının üzvləri tərəfindən seçilərək ölkənin 3-cü prezidenti vəzifəsini icra etməyə başlayıb.
Son 10 ildə 8 hökumətin fəaliyyət göstərdiyi Nepal tez-tez siyasi qeyri-sabitlik və hökumət dəyişikliklərinə səhnə olur.