Rusiya-Ukrayna müharibəsində ukraynalılara dəstək verən ruslar cəzalandırılır.
"Unikal" xəbər verir ki, Rusiyada 70 yaşlı qadın Ukrayna prezidenti Volodimir Zelenskini “yaraşıqlı gənc” adlandırdığı üçün Moskva məhkəməsi tərəfindən 40 min rubl ( 832 AZN) cərimələnib.
Belə ki, ötən ilin dekabrında sağlamlıq mərkəzində olan yaşlı qadın Zelenskini "dəli" adlandıran başqa bir rusa "Məncə, onun yaxşı yumor hissi var. Yaraşıqlı gəncdir” sözlərinə görə məhkəməyə verilib.
Slegina “Zelenskini tərifləmək və Rusiya ordusunun reputasiyasına hörmətsizlik etmək”də ittiham olunduğu məhkəmədə təqsirli bilinib. Qadın hadisədən şoka düşdüyünü və nə baş verdiyini anlamadığını bildirib.
Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Rusiyada qəbul edilən qanunla Rusiya ordusuna hörmətsizlik edənlərin həbs və pul cəzasına məhkum ediləcəyi nəzərdə tutulur. Rusların müharibə əleyhinə təşkil etdiyi nümayişlərdə minlərlə insan saxlanılıb.
Gülayə Mecid