Rusiya Sakit Okean Donanmasının komandanı Admiral Sergey Avakyants vəzifəsindən istefa verib.
"Unikal" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev məlumat yayıb.
Qeyd olunur ki, Avakyants Rusiyanın hərbi idman hazırlığı və vətənpərvərlik tərbiyəsi mərkəzlərinə rəhbərlik edən qərargahın rəhbəri təyin olunub.
Qeyd edək ki, o, 2012-ci ilin mayında Sakit Okean Donanmasının komandanı təyin edilmişdi.
Ağarza Elçinoğlu