Kahramanmaraşda baş verən zəlzələlərdə Onikişubat məhəlləsindəki "Hilal Apartmanı" yerlə-yeksan olub.
"Unikal" xəbər verir ki, onlarla bina sakini zəlzələnin qurbanı olub. Ölənlər arasında Quran Kursu müəllimi Mahmud Samir Dəmir və 3 uşağı da həyatını itirib.
Zəlzələdən 73 gün sonra xaricdə olduqları üçün dəfn mərasimlərinə qatıla bilməyən Dəmirin dostları Mehmet Gün və Taha Hannan binanın dağıntıları üzərinə gələrək namaz qılıblar.
Bu zaman Mehmet Günün dağıntılar altındakı çanta diqqətini çəkib. O, çantada külli miqdarda pul aşkarlayıb. Gün qısa zamanda çantadakı pulu polis qruplarına təhvil verib.
Tapılan pulun 57 min 805 dollar olduğu bildirilib.
Gülayə Mecid