Süni intellekt texnologiyası ilə hazırlanmış robot aparıcılar Türkiyədə də istifadə olunmağa başlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündəmlə bağlı son məlumatları verən robot diktor "Alexa" təqdimatını "Sizinlə eyni dildə danışsaq da, bəzən dilim sürüşür. Ümid edirəm ki, məni bəyənirsiniz və izləməyə davam edərsiniz" sözləri ilə bitirib.
"Alexa" adlı robo aparıcının hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi də diqqət çəkib.
Gülayə Mecid