AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.
"Unikal" xəbər verir ki, buna səbəb klub rəhbərinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub.
Buna görə, Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
Görüşdə 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” isə 800 manat cərimələnib.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.