60 ölkə Rusiyanın hücumlarından sonra Ukraynanın dağılmış yaşayış məntəqələrinin bərpasına kömək edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Şəhərlər və Regionlar Sammitində çıxışı zamanı deyib.
"Bu gün beynəlxalq bələdiyyə tərəfdaşlığı görünməmiş miqyas alıb - Ukraynanın 300-dən çox ərazi icması 1500 tərəfdaşlıq sazişi bağlayıb. Demək olar ki, 60 ölkə şəhərlərimizə, qəsəbələrimizə və kəndlərimizə düşmənin ölümcül hücumlarından sağalmağa kömək edir”, - Şmihal bildirib .
O, dəstək üçün Ukraynanın hər bir dostuna, tərəfdaşına təşəkkür edib.
Gülayə Mecid