Ermənistanın "Nübaraşen" cəzaçəkmə müəssisəsində fövqəladə hadisə baş verib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, kamerada saxlanılan 34 yaşlı məhkum Xaçatur Petrosyan gecə saatlarında növbətçi dəstənin rəisi Varantsovu bıçaqlayıb.
Məlumata görə, əvvəlcə o, növbətçi ilə görüşmək istəyib: "Onun istəyi yerinə yetirildi. Və qəbul etmək üçün kameranın qapısı açıldı, bundan sonra X. Petrosyan həmin müəssisənin növbətçi dəstəsinin rəisi Varatsnov Q. ilə bərabər Tiqran P. və Artak M.-yə kəsici-deşici metal əşya ilə hücum edərək fiziki xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb. Həbsxana əməkdaşları xəstəxanaya yerləşdirilib.
Ağarza Elçinoğlu