Moskva polisi "Şişkan" kimi tanınan "qanuni oğru" Oleq Medvedev həbsinə etiraz edən 4 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Sözügedən şəxslər Medvedevin qısa zamanda sərbəst buraxılmasını tələb ediblər. Polis tərəfindən saxlanılan gənclər bölməyə aparılıb.
Moskva Şəhər Məhkəməsinin binasında İkinci Qərb Dairə Hərbi Məhkəməsinin hakimləri Oleq Medvedevin cinayət işinə baxır. Bildirilir ki, "Şişkan" cinayət aləmində ən yüksək vəzifəni daşıyır. O, bir sıra ağır və xüsusilə ağır cinayətlərdə, o cümlədən banditizm, adam öldürmə, hədə-qorxu ilə tələb etmə, sağlamlığa zərər vurma, qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqda ittiham olunur.
Həmçinin, Medvedev və onun əlaltıları 2012-ci ildə itkin düşmüş “Plemzavod Ramenskoye” QSC-nin baş direktoru, deputat Tatyana Sidorova və onun üç ailə üzvünün qətlini törədiblər. Araşdırmalar davam edir.
Gülayə Mecid