Azərbaycanın qadın güləşi üzrə millisinin aparıcı üzvü Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada həmyerlisi olan ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Qeyd edək ki, bu gün daha 2 güləşçimizin medal qazanmaq şansı var. Belə ki, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

xxx

19:35

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Unikal" xəbər verir ki, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elnurə Məmmədova (55 kq) isə bürünc medal görüşünə çıxacaqlar.