Rusiyanın Stavropol diyarında “İslam dövləti”nin üzvü saxlanılıb.
"Unikal" xəbər verir ki, Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, o, ictimai yerdə terror aktı planlaşdırıb.
Əməliyyat aprelin 20-də Mineralnıye Vodıda keçirilib. Saxlanılan şəxsdən əldəqayırma partlayıcı qurğunun komponentləri və İD-in Yaxın Şərqdəki emissarları ilə gizli əlaqə vasitələri müsadirə edilib.
Faktla bağlı cinayət işi başlanıb, aşdırma aparılır.