ABŞ prezidentliyinə namizəd olan kiçik Robert Kennedi oğlu Konorun Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etdiyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, oğlu xüsusi təyinatlılar dəstəsinə qoşulub, həmçinin Xarkov hücum əməliyyatında iştirak edib.
Daha əvvəl kiçik Robert Kennedi demişdi ki, ABŞ Rusiyaya Ukraynada müqavimət göstərmək mümkün olmadığını gizlədir .
Kiçik Kennedinin sözlərinə görə, Ukraynadakı münaqişə Vaşinqton üçün böyük problemdir. O, Ukraynadakı münaqişənin Rusiya ilə Çinin yaxınlaşmasına töhfə verdiyini və bunun ABŞ üçün ən pis nəticə olduğunu izah edib.