Sudanda toqquşmalar başlayandan bəri 600-dən çox ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Sudanın Səhiyyə naziri Hacsam Mohammed İbrahim məlumat verib. O əlavə edib ki, ölkənin paytaxtında hərbi əməliyyatlar nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib.
Nazirin sözlərinə görə, “müharibə uzanarsa, ölkə xəstəliklərdən və epidemiyaların yayılmasından əziyyət çəkəcək”.
Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri, onun bu qurumdakı müavini Məhəmməd Həmdan Daqalo (Hamidti) arasındakı fikir ayrılığı Sudanda vəziyyətin gərginləşməsinə səbəb olub. Aprelin 15-də Merov şəhəri və Xartumdakı hərbi baza yaxınlığında adı çəkilən iki struktur arasında toqquşmalar başlayıb.